Rahat və premium həyat yaşamağınız üçün gərəkli olan hər nüansı asanlıqla tapacağınız və dəyərlərinizə dəyər qatacağınız Majestic Tower Ağ Şəhərin tam mərkəzində yerləşən premium səviyyəli yaşayış kompleksidir.

Modern memarlıq strukturu ilə çağdaş şəhər insanının ehtiyac duyacağı bütün imkanları özündə birləşdirən nüfuzlu yaşayış kompleksində sizin rahatlığınız üçün bütün şərtlər təmin edilib. Dəniz və əsrarəngiz şəhər mənzərəsinə sahib 18 mərtəbəli, 2 binadan ibarət olan yaşayış kompleksi sərfəli qiymətlərlə yüksək keyfiyyətli yaşam standartları vəd edir.

3,6 m hündürlüklü tavan və enli  pəncərələr yaşam tərzinizə öz əzəmət və fərahlığı ilə əvəzolunmaz ab-hava qatacaq. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Majestic Tower yaşayış kompleksini ən rahat və cəlbedici yerlərdən birinə çevirir. Premium səviyyəli yaşayış standartlarına uyğun olaraq kompleksin ərazisində 3 mərtəbəli ticarat mərkəzi, kinoteatr, kafe, restoranlar, fitnes və spa mərkəzi, hipermarket, lobbi mərkəzi mövcuddur. Övladlarınızın rahatlığı, əyləncəsi və sağlam mühitdə böyüməsi üçün kompleksi rəngərang uşaq meydançası ilə təmin etməyi də unutmadıq. 
3 mərtəbəli yeraltı dayanacaq sizi parketmə problemlərindən azad etməklə qalmayacaq, həmçinin yeraltı dayanacaqda yerləşən avtoyuma xidməti də avtomobillərinizin qeydinə qalmağa kömək edəcək. 
Majestic Tower yaşayış kompleksi texnoloji tərəqqinin ən son yeniliklərindən olan yüksək sürətli İsveçrə brendi- Schindler liftləri ilə təmin edilib. Alman istehsalı olan Schüco markalı yüksək keyfiyyətli pəncərələrinizdən Dənizkənarı bulvar və Xəzər dənizinə açılan panorama zövqünüzü oxşayacaq. 
Rahat bir mühitdə yaşamaq istəyirsinizsə, sizi fərqli bir həyata-Majestic Tower yaşayış kompleksinə dəvət edirik.

 Majestic Tower-mərkəzdə yaşayın!

Digər işlərimiz

Zirve Park yaşayış kompeksi

Majestic Group-un Nərimanovda yerləşən Premium Layihəsi

Majestic Palace yaşayış kompleksi

Dəniz səviyyəsindən 25 m yüksəklikdə, 8 mərtəbəli