Majestic Palace yaşayış kompleksi dəniz səviyyəsindən 25 m yüksəklikdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Mərkəzi Park kvartalında yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran Mərkəzi küçənin ortasında yerləşən zərif heykəltəraşlıq nümunələri ilə bəzədilmiş meydan bu rayonun qəlbi olacaqdır.

Kompleksin əlverişli nöqtədə yerləşməsi Babək prospektinə rahat keçidi təmin edərək oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Babək rayonunun şimal hissəsində – Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb.
Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Majestic Palace yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

Üstünlüklər:

Keramik plitələr ilə üzlənmiş müasir fasad
2 günlük ehtiyatı olan su çəni və 24 saat su təchizatı
Fərdi istilik sistemi üçün qaz təchizatı
Rəqəmsal TV, internet və telefon sistemləri
Kompleksin 1 ha sahəsinin 60%-i abadlaşdırma üçün ayrılmışdır
Geniş uşaq meydançası
110 yerlik ikimərtəbəli yeraltı, 16 yerlik yerüstü avtomobil dayanacağı
Yeraltı parkinqdə avtomobillər üçün yuyucu
Velosipedlər üçün dayanacaq
İkimərtəbəli yeraltı parkinqdən liftə çıxış
Yükqaldırma qabiliyyəti 1 tona qədər olan rahat liftlər
Eni 2,70 m olan geniş pilləkən aşırımları və mərmər ilə üzlənmiş pilləkən meydançaları
Qış aylarında istilik itkisini azaldan, yayda isə istidən qoruyan keramik plitələr ilə üzlənmiş, ventilasiya olunan fasad və daş divarlar
Hər iki tərəfə çıxışı olan, rahat planlanmış mənzillər
Tavanların hündürlüyü – 3,45 m
Eni 2,40 m-ə qədər olan böyük pəncərələr
Mərkəzi elektrik təchizatı və generator
Yanğın təhlükəsizliyi sistemi
Həyətə baxan eyvanlarda quraşdırılmış divar şkafları
Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və istilik sistemləri üçün ventilyasiya olunan xüsusi servis eyvanları


Ödəniş şərtləri:

Kreditlə ödəniş: 30% ilkin ödəniş. Qalan məbləği 24 ay müddətində faizsiz şərtlərlə ödəmək imkanı.


Satış ofisi:

Bakı Ağ Şəhər, X. Rüstəmov küç. 8, AQP 2 yaşayış kompleksi, 2-ci mərtəbə.

4 otaq, 207.4 m² - 2 600AZN/m²-dən

4 otaq, 207.4 m² - 2 600AZN/m²-dən

4 otaq, 207.4 m² - 2 600AZN/m²-dən

4 otaq, 207.4 m² - 2 600AZN/m²-dən

Digər işlərimiz

Zirve Park yaşayış kompeksi

Majestic Group-un Nərimanovda yerləşən Premium Layihəsi